Eldar Namazov prokurorluğa çağırılıb
«El» Hərəkatının rəhbəri Eldar Namazov avqustun 29-da axşam saatlarında Respublika Prokurorluğunda dindirmədən çıxıb. Günorta saat 3-də başlayan dindirmə 4 saat yarımdan çox çəkib. E.Namazov «El» Hərəkatının keçmiş sədr müavini Əflan İbrahimovun iddiası üzrə dindirilib. Həmin iddiaya əsasən, Milli Şuranın toplantılarında seçkilər dövründə ölkədə iğtişaşlar yaratmaqla bağlı çıxışlar edilibmiş.
Arxiv
-
Yanvar 16, 2025
Təzəklə isinən Cek kəndi: Bura heç vaxt qaz çəkilməyib
-
Yanvar 02, 2025
Azərbaycanın tam boşalan kəndi: 'El-obanın hamısı getdi'