İctimai fəal Bəxtiyar Hacıyevə 10 il həbs cəzası kəsilib. Üstəlik, onun paytaxtın Yasamal rayonu, Zərdabi küçəsindəki mənzili, Beynəlxalq Bankda olan hesabındakı pulu müsadirə edilib.
Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində deyib ki, Suriyada hakimiyyətin dəyişilməsi həm Türkiyə, həm də Azərbaycan üçün sevindirici məqamdır: "Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib".
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib. O, 2006-cı ildən bu vəzifəni tuturdu. Prezidentin digər sərəncamı ilə S.Şərifov baş nazirin müavini təyin edilib.
Prezident İlham Əliyev son çıxış və müsahibələrində Fransanı "uğursuz dövlət" adlandırıb.
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Yanvarın 6-da seçkiqabağı təşviqata start verilib. Artıq 16 mindən çox şəxsin namizədliyinin qeydə alındığı bildirilir. Təhlilçilər ölkədə seçki ab-havasının olmadığını, əvvəlki seçkilərdə müqayisədə fəallığın aşağı olduğunu deyirlər.
Yanvarın 2-də Tarif Şurası Azərbaycanda qaz, elektrik enerjisi, istilik təchizatı qiymətlərini artırıb. Bəzi müstəqil iqtisadçıların fikrincə, bu qərar qiyməti artırılan sahələrə nəzarət edən qurumlardakı böhran vəziyyəti və büdcəni doldurmaq qayəsi ilə bağlıdır.
2024-cü ildə Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibədə hər iki tərəfin itkiləri artdı. Suriyada Əsəd rejimi çökdü. Dekabrın 25-də AZAL-ın təyyarəsi Aktauda qəza enişi etdi.
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb.
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi qəzaya uğrayıb, 38 nəfər həlak olub. Azərbaycanda quru sərhədlərdə gediş-gəliş 2020-ci ilin martından koronovirus pandemiyası ilə bağlı məhdudlaşdırılıb.
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. Yerli media bir sıra ölkə başçılarının prezidentə təbrik məktublarını dərc etməkdədir.
Son bir ildə Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Son günlər sosial şəbəkələrdə şagirdlərin, tələbələrin müəllimlərinə sürpriz edərək ovuclarına şokolad, şirniyyatlar qoymasının görüntüləri yayılıb.
Davamı